Astarada ağac kəsiminə görə cinayət işi açıldı

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır. 

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.