Aşırı dozadan öldürən kimyəvi maddə - Nitazen, Fentanil, yoxsa...


Son illərdə "nitazen" sözü beynəlxalq mediada narkotiklə bağlı xəbərlərin başlıqlarda daha tez-tez görünür. Nitazen 2-benzilbenzimidazol molekulu əsasında yaradılmış sintetik opioidlər qrupunun ümumi adıdır.

Onlar tez-tez "yeni təhlükə" kimi təqdim olunur, fentanildən daha güclü olduğu deyilir. Həqiqətən,  nitazenin bəzi analoqları fentanildən daha güclüdür. Bəs nitazenlərdən qorxmalıyıqmı?

Nitazenlər əslində nədir?

İlk öncə deyək ki, "Nitazenlər" tək bir maddə deyil, o bütün kimyəvi birləşmələr sinfidir. Onların gücü fentanil analoqları kimi çox dəyişir. Ancaq praktikada nitazenlər təmiz formada olduqca nadirdir. Çox vaxt onlar mikroskopik miqdarda, fentanil və ya digər narkotiklərlə, psixotrop maddələrlə "qatqıda" tapılır.

Ekspertlər bildirirlər ki, "Nitazen ölümlərinin" böyük əksəriyyəti əslində fentanil, benzodiazepinlər və ya digər psixoaktiv maddələrlə bağlıdır, onlardan hər hansı biri öz-özünə aşırı dozadan ölümə səbəb ola bilər.

ABŞ-ın narkotiklərlə mübarizə qurumu olan DEA iddia edir ki, nitazen əksər tanınmış opioidlərdən daha güclü olduğu üçün ölüm riskini artırır. Lakin bu fərziyyəni dəstəkləmək üçün heç bir inandırıcı məlumat təqdim etməyib.

Çikaqo Səhiyyə Departamentinin komissar müavini Dr. Miao Hua deyir: “Biz hər dəfə görürük ki, nitazen sintetik narkotikin əsas inqridiyenti deyil, fentanillə qarışıq kimi qarşımıza çıxır”.

Nitazenlər ilk dəfə 1950-ci illərdə tibbi istifadə nəzərə alınmaqla sintez edilib, lakin FDA onları heç vaxt təsdiq etməyib. 2019-cu ildə “dark-net” qara bazarına çıxana qədər onlar kölgədə idilər. İlk olaraq izotonitazen, sonra metonitazen və protonitazen diqqət çəkdi.

Nitazen qorxularından biri onun "məğlubedilməzlik" mifi və narkotik dərmanı olan naloksona (Narcan) qarşı “davamlı” olmasıdır. Bəzi ekspertlər bildirir ki, bu mifdir. Antidot maddənin özü ilə deyil, beynin reseptorları ilə işləyir. Onun effektivliyi heroin, fentanil və nitazenlər üçün eynidir.

"Narcanın kömək etmədiyi", yəni Naloksonun qeyri-effektiv olduğu hallar ən çox digər maddələrin - məsələn, benzodiazepinlərin və ya ksilazin kimi trankvilizatorların qarışığı ilə izah edilir.

Şimali Karolina Universitetinin tədqiqatçıları deyir ki, bütün nitazenli nümunələrdə fentanil və onun analoqlarının qarışığı olub. Nitazenlər üçün test çubuqları var, lakin onlar etibarsızdır və çox əlçatan deyil.

2020-ci ildən 2024-cü ilə qədər Ohayo 17 nitazen analoqunu qadağan etdi və sonra de-fakto nitazen  sinifindən olan maddələrə qadağa tətbiq etdi

Nitazenlər ABŞ-da hələ də ikinci dərəcəli olsa da, onların rolu Böyük Britaniyada daha nəzərə çarpır. Taliban xaşxaş əkinini qadağan etdikdən sonra ölkədə heroin bazarı çökdü və daha güclü sintetiklər bu yeri ələ keçirdi.

UNODC-nin məlumatına görə, 2021-ci ildən bəri Avropada hər il fentanil analoqlarından daha çox yeni nitazen növləri müəyyən edilib.

Bu gün nitazenlər onları əsl “yeni fentanil” kimi qələmə verilərək, daha çox qorxutma taktikası tətiklənir. Bəli, onlar daha güclüdürlər, ancaq demək olar ki, həmişə kiçik miqdarda, digər maddələrlə qarışdırılır. Zərərlərin azaldılması qaydaları eyni olaraq qalır:

Nitazeni tək istifadə etmək olmaz; minimal doza ilə nəzarəti saxlamaq, narkotikin tərkibindəki maddələrin yoxlamaq, istifadəçinin həmişə üstündə nalokson daşıması lazımdır. Amma onu da etiraf edək ki, heç bir narkotik istifadəçisi istifadə zamanı nə minimal dozaya nəzarət, nə narkotikin tərkibindəki maddələri yoxlama, nə naloksonun üstündə saxlamaq kimi ehtiyat tədbirlərinin qayğısına qalmır. Üstəlik, nalokson preparatı bizdə yay\ın deyil, bəlkə də heç yoxdur. Bundan başqa, daha bir nüansı vurğulayaq. Narkomanlığa və Narkotik Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının statistik məruzələrində “Digər narkotik vasitələr” adı ilə təsbit edilən narkotik kateqoriyasında hansı növ narkotiklərin yer aldığı açıqlanmır.

Bizə məlum deyil ki, ölkəmizdə aşırı dozadan ölümlə nəticələnən narkotiklərdə hansı maddələr üstünlük təşkil edir? Bizdə ölümə gətirən narkotiklərin tərkibində fentanildən başqa nitazen varmı? Nitazen yoxdursa, hansı kimyəvi maddələr fentanillə qarışdırılır? Fentanildən başqa "digər narkotik vasitələr" adı ilə müəyyən edilən hansı növ sintetik narkotikin qara bazarda “şıdırğı alveri” gedir, çünki bu kateqoriyada konkret müsadirə faktı var və o artım tempindədir. Məsələn, 2024-cü ilin yanvar-iyul aylarında “Digər narkotik vasitələr” kateqoriyasında müsadirə rəqəmi 107 kiloqram 727,3 qram olub. 2025-ci ilin yanvar-iyul ayında isə göstərici 138 kiloqram 937,107 qram olub ki, bu da ötən ilin eyni dönəmi üçün artımı göstərir – iki dönəm arasında fərq +31 kiloqram 209,87 qram olub.

Stopnarkotik.az