Narkospam Gürcüstanın bir çox teleqram çatlarını ismarıclarla doldurub. Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb. Narkospam narkotik satıcılarının narkotik satmaq üçün şirnikləndirici iş elanlarının paylaşıldığı mesajlardır. Başqa sözlə, narkotik satıcıları öz mallarını satmaq üçün çoxdan bu metoddan istifadə edirlər.
Gürcüstanda “nənəni qarşılamağı”, “pişik balasını hara isə aparmağı”, “əşyaları hansısa mərtəbəyə qaldırmağı” və onlarla başqa növ part-time iş vəd edən yüzlərlə oxşar mesaj iş elanı kimi paylaşılır. Təbii ki, orda iş nəzərdə tutulmur və cavab verənlərə narkokuryerlik təklif edilir.
2023-cü ilin birinci yarısında Gürcüstanda 2899 narkotik cinayəti qeydə alınıb, son bir ildə ölkədə onların sayı 41% artıb, eyni zamanda onların 91%-nin üstü açılıb.
Stopnarkotik.az