İtaliyanın Milan şəhərində 17-ci əsrə aid məbəddə aparılan arxeoloji qazıtılar zamanı aşkarlanan insan sümüklərində çətənənin psixoaktiv komponentləri tapılıb. Bunu məbədin altında basdırılmış skelet qalıqları sübut edib.
Stopnarkotik.az xəbər verir ki, hadisə barədə İtaliyanın Milan Universitetindən Qaya Cordano açıqlama verib. O, "Dərman bitkilərindən olan molekullar hətta insanın ölümündən əsrlər sonra da toksikoloji analizin köməyilə aşkar edilə bilər", deyə bildirib.
Çətənənin qədim toxumları
Cordano və həmkarları 1638-1697-ci illər arasında dəfn edilmiş gənc oğlan və orta yaşlı qadının bud sümüyündə çətənənin psixoaktiv komponentlərini - tetrahidrokannabinol (THC) və kannabidiol (CBD) maddələrini aşkarladılar. Cordano və onun həmkarları 9 nəfərin sümük qalıqlarından çətənə toxumlarının nümunələri tapıblar. Skleti tapılan insanlar 17-ci əsrdə Milanın Ka'Qranda Xəstəxanasının altındakı məbədin məzarında dəfn ediliblərmiş və tədqiqatçılar bunu radiokarbon analizi köməyilə təsdiqləyiblər.
Daha sonra ayrı-ayrı kimyəvi birləşmələri maye məhlulda ayırmaq və təmizləmək üçün sümük nümunələrini əzərək hazırlamaqla toksikoloji analiz aparıblar. Bu əməliyyat kimyəvi komponentləri müəyyən etmək üçün kütləvi spektrometriyadan istifadə etməyə imkan verib.
Tədqiqatçılar Ka'Qranda xəstəxanasının tibbi qeydlərində çətənə haqqında heç bir qeyd tapmayıblar. Cordano deyir ki, insanlar özlərini müalicə edə və ya yorğunluğunu çıxarmaq, dincəlmək üçün istifadə etmiş ola bilərlər.
Pekindəki Çin Elmlər Akademiyası Universitetindən İmin Yan bildirib ki, araşdırma unikaldır, çünki bu toksikoloji texnika arxeoloji qazıntı aparılan ərazilərdə insan qalıqlarını təhlil etmək üçün istifadə olunur. "Düşünürəm ki, onların tədqiqatı çətənənin qədim istifadəsinin öyrənilməsinə yeni bir pəncərə açacaq", deyə çinli elm adamı ifadə edib.
Çinli alimin öz əvvəlki araşdırmaları da 2500 illik məbəd məzarlardakı taxta manqallarda çətənə maddəsinin kimyəvi izlərini ortaya çıxarmışdı. Ümumilikdə isə çətənənin təxminən 12.000 il əvvəl becərilməsinə qədər gedən bəşəriyyətin sevimli bitki növünə çevrilmə tarixi var. Bu arada Cordano və onun həmkarları toksikoloji tədqiqatlarında tapılan insan qalıqlarında kokain kimi başqa maddələrin olub-olmamasını da araşdırırlar.
Stopnarkotik.az