Arvadını öldürən sabiq nazirə hökm oxundu

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

K.Bişimbayev Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib.

Xatırladaq ki, o, 2023-cü il noyabrın 9-da qohumu və qətlin baş verdiyi restoranın direktoru ilə birlikdə saxlanılıb.

Onun əmisi oğlu, “Qastro Mərkəzi”nin direktoru Baxıtjan Bayjanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.