Şirvan Apellyasiya Məhkəməsində bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən Arzuman Sadıqovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.
İttihama görə, hadisədən əvvəl Arzuman Sadıqov arvadı, zərərçəkmiş Maya Sadıqovanı döydüyü üçün qadın 2023cü il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə şikayət edib. Sonra kişi cinayət məsuliyyətindən azad olunması üçün və həyat yoldaşının onunla barışmaması səbəbindən qadında qisas almaq məqsədinə gəlib.
Belə ki, Mayanın ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmək niyyəti ilə 15 noyabr 2023-cü il tarixdə Kürdəmir şəhəri ərazisində olarkən Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edib. Arzuman zəng zamanı 2010-cu il tarixdə arvadının 5 aylıq oğlunu yerə çırparaq öldürdüyünü bildirib. Daha sonra isə, o rayon polis şöbəsinə gedib xəbərdarlıq edilməsinə baxmayaraq eyni məzmunda şikayət ərizəsi yazıb və izahat verərək zərərçəkmiş şəxsin baş verməyən ağır cinayət törətməkdə ittiham etməklə bilə-bilə yalan xəbərçilik edib.
Hadisədən sonra Arzuman Sadıqov cinayət məsuliyyətinə cəlb olunub.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 9 ay ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib./pravda.az