Özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikası təhlükəsizlik şurasının keçmiş katibi”, general Arşavir Qaramyanın sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqsində saxlanıldığı barədə məlumat yayılsa da, xəbər hələ ki rəsmi təsdiqini tapmayıb.
Azərbaycanın rəqmi qurumları Arşavir Qaramyanla bağlı xəbərə münasibət bildirməyib.
Ermənistan mətbuatı da Arşavir Qaramyanın hazırda harada olduğunu dəqiqləşdirə bilməyib. Onunla bağlı araşdırma nəticəsiz qalıb.
Arşavir Surenoviç Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olub.
Birinci Qarabağ müharibəsində fəal iştirak edən A.Qaramyan 1990-cı ildə Qarabağda "Arşo" batalyonu kimi tanınan könüllü dəstə yaradıb. Bu dəsətə zaman-zaman azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edib.
A.Qaramyan 1992–1996-cı illərdə isə Qarabağdakı qanunsuz erməni ordusunun batalyon komandiri olub. 26 fevral 1992-ci ildə Xocalı soyqırımının iştirakçısı və təşkilatçıları sırasında yer alıb.
Arşavir Qaramyan 1991–1994-cü illərdə Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak edib.
1999–2004-cü illərdə qondarma “Dağlıq Qarabağ respublikası daxili işlər nazirinin müavini” vəzifələrində çalışıb.
Sonralar xunta rejiminin “polis idarəsinin rəisi”, “baş prokuroru” vəzifələrini tutub.
2019-2020-ci illərdə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olub.
Arşavir Qaramyan Birinci Qarabağ müharibəsində azərbaycanlı hərbi əsirlərə dəhşətli işgəncələr verib. Hətta, bununla bağlı videogörüntüləri "Youtube" da var. O, hərbi əsirlərə qarşı aşağılayıcı davranışları ilə də ad çıxarıb./modern.az