Argentina prezidenti İranı “terror dövləti” adlandırdı

Argentina prezidenti Xavyer Miley İranı “terror dövləti” adlandırıb .

Stopnarkotik.az xəbər verir ki, prezident deyib ki, onun hökuməti Buenos Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə olunmasını istəyəcək.

“Vəziyyət “terror dövləti” İranın oynadığı rolun ört-basdır edilməsi, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət vermənin ağırlığını nəzərə alaraq, törədilmiş cinayətlərə uyğun cəza tələb edir”, - o deyib.

Xavyer Miley İranı fələstinli radikalların 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə etdiyi və 25 Argentina vətəndaşının ölümünə səbəb olan hücumda əli olmaqda ittiham edib.

“İran hökuməti, “Hizbullah”, “Həmas” ilə əlaqəli dövlətdir. Buna görə də İran terrorunun milli maraqlara toxunan və argentinalıların həyatına birbaşa təsir edən məsələ olduğuna heç bir şübhə ola bilməz”, - prezident bildirib.