Son illərdə ABŞ-da həkimlər, siyasətçilər və ictimaiyyət “opioid böhranı”nı fəal şəkildə müzakirə edirlər. Bu problem hər il on minlərlə insanın həyatına son qoyan genişmiqyaslı milli faciəyə çevrilib. Rəsmi qurumların profilaktik proqramlar tətbiq etməsinə, naloksona çıxışı genişləndirməsinə və reseptlərin verilməsinə nəzarəti gücləndirməsinə baxmayaraq, ölüm hallarının sayı yüksək olaraq qalır.
Bunun fonunda yeni tədqiqatlar bu versiyanı irəli sürür ki, marixuananın leqallaşdırılması aşırı dozadan ölüm hallarının azaldılması üçün əlavə vasitə ola bilər.
Stopnarkotik.az-ın verdiyi məlumata görə, analitik araşdırma ortaya çıxarıb ki, marixuananın qanuni satış nöqtələri olan ölkələrdə opioid ölümü bu cür müəssisələrin olmadığı bölgələrə nisbətən orta hesabla 30% aşağı olub. Alimlər bunu əvəzetmə effekti ilə izah edirlər - yəni, bəzi insanlar təhlükəli reseptli narkotik və heroindən imtina edərək daha təhlükəsiz bitki mənşəli alternativ narkotiklərə yönəliblər.
“The Washington Post”da dərc olunan məqalədə Harvard Universitetinin tələbəsi Julien Berman, Miçiqan Universitetinin dispanserlərin yerləşməsi ilə bağlı məlumatlardan istifadə edərək, çətənənin qanuni olduğu və olmadığı bölgələrdə on il ərzində aşırı dozadan ölümlərin dinamikasını müqayisə edir. O izah edir ki, "Marixuana daha əlçatan və ucuz olduqda, insanlar çox təhlükəli opioidlərdən daha təhlükəsiz çətənəyə keçə bilərlər. Ağrının qarşısını almaq üçün opioidlərdən istifadə edən insanlar, xüsusən də istirahət üçün istifadənin qanuni və girişin asan olduğu yerlərdə heroin əvəzzində marixuana seçə bilər. Və potensial yeni istifadəçilər marixuana əldə edə bilsələr, opioidlərə ümumiyyətlə üz tutmaya bilərlər”. Kənar amilləri istisna etmək üçün tədqiqatçılar bir ştatdakı əyalətləri müqayisə ediblər, bəzi rayonlara pərakəndə satış məntəqələrinin fəaliyyət göstərməsinə icazə verirlər, bəzilərinə isə yox. Bu yanaşma, naloksona əlçatanlıq kimi tədbirlərin ölümlərin azalmasına səbəb olması ehtimalını boşa çıxardı. Nəticələr göstərdi ki, dispanser açıldıqdan sonra ölüm halları ilk bir neçə ildə ən nəzərəçarpacaq dərəcədə azalıb və bu gedişat 5-10 ildən sonra artaraq ölümlərin orta hesabla 27% azalmasına gətirib. Bununla belə, tədqiqatın məhdudiyyətləri var. Miçiqan Universitetinin məlumat bazasında bir çox qarmaqarışıq biznes qeydləri var ki, bu da tədqiqatçıların bəzi müəssisələri yanlış təsnif etməsinə səbəb ola bilər. Onu da nəzərdən qaçırmaq olmaz ki, bəzi əyalətlərdə opioid asılılığı proqramları da işə salınıb.
Berman vurğulayıb ki, aşırı dozadan ölüm ilk dispanser açıldıqdan əvvəl deyil, dərhal sonra azalmağa başlayıb. Bu, bəzi istifadəçilərin aşırı dozadan ölməmək üçün marixuanaya keçdiyini göstərir.
Tədqiqatçı əlavə edir ki, marixuana risksiz deyil, lakin o, “heroindən daha təhlükəsizdir” və hətta bəlkə də alkoqoldan da.
"Əgər bir küncdəki mağaza insanları opioidlərdən qurtarırsa, bu, ictimai sağlamlıq üçün qələbədir - hətta marixuana istifadəsi ümumən artsa da", ekspert bildirir.
Digər tədqiqatlar da bu fikri dəstəkləyir. Bu yaxınlarda aparılan bir araşdırma, xroniki ağrıları olan insanlar arasında gündəlik çətənə istifadəsinin opioidləri dayandırma ehtimalını artırdığını və təsirin kişilərdə daha güclü olduğunu göstərdi.
Hökumətin maliyyələşdirdiyi araşdırma, ştatlarda rəsmi səviyyədə marixuananın leqallaşdırılması ilə kommersiya baxımından sığortalanmış yetkin insanlarda opioid reseptlərinin azalması arasında əlaqə tapdı. Keçən il edilən başqa bir araşdırma, tibbi çətənənin leqallaşdırılmasının opioid istehsalçılarından ağrıların idarə edilməsində ixtisaslaşmış həkimlərə nağd ödənişləri azaltdığını göstərdi. Alimlər bunu marixuananın reseptlə satılan dərmanlara alternativ kimi irəli çıxması ilə izah ediblər.
Bir neçə ştatın təhlili çətənənin böyüklər üçün qanuniləşdirildiyi ölümcül aşırı doza ölümlərində davamlı azalma göstərdi. Bu qanunun əvvəllər qəbul edildiyi bölgələrdə, opioid böhranının ən qızğın çağında azalma xüsusi nəzərə çarpırdı - orta hesabla, hər 100.000 nəfər üçün 3,5-dən az ölüm.
Yuta ştatında tibbi marixuananın leqallaşdırılmasından sonra tədqiqatçılar xroniki ağrıları olan xəstələrdə opioid istifadəsinin azaldığını və aşırı dozadan ölüm hallarının ümumən azaldığını qeyd etdilər.
Bir sıra digər nəşrlər, o cümlədən Amerika Tibb Assosiasiyasının (AMA) araşdırmaları bildirir ki, tibbi marixuananın müntəzəm istifadəsi opioid reseptlərinin azalmasına gətirir. AMA-ya görə, xroniki ağrısı olan xəstələrin təxminən üçdə biri opioidlər də daxil olmaqla, analgeziklərə alternativ olaraq çətənə istifadə edir. Hətta CBD-nin qanuniləşdirilməsi opioid reseptlərinin 6,6% - 8,1% -ə qədər azalmasına səbəb oldu.
“Medicaid” nəşrinin 2022-ci il məlumatlarının təhlili müəyyən edib ki, böyüklərə marixuana istifadə etməyə icazə verilməsi bir sıra şərtlər üçün reseptlərin azalması ilə üst-üstə düşür.
Oreqon ştatında aparılan araşdırma, çətənə məntəqələrinin yaxınlığı opioid reseptlərini azaldı, amm ölüm nisbəti azalmadı.
BMJ Open-də aparılan araşdırma isə üzə çıxardı ki, çətənə xroniki qeyri-xərçəng ağrıları üçün opioidlər qədər təsirli ola bilir, lakin daha az yan təsirə malikdir və müalicənin dayandırılması ilə nəticələnmir.
Başqa bir araşdırma isə ortaya çıxarır ki, xroniki əzələ-skelet sistemi ağrıları olan xəstələrin 57% -I marixuananı daha effektiv sayır, nəinki başqa ağrıkəsicilər, bu xəstələrin 40%-I marixuanaya keçəndən sonra digər ağrıkəsicilərdən imtina edib.
Stopnarkotik.az