Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.