Antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində keçirilən silsilə maarifləndirmə tədbirləri davam etdirilir.
Stopnarkotik.az xəbər verir ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü lisey, eləcə də 8 saylı tam orta məktəbdə keçirilən növbəti görüşlərdə şagirdlər narkotik vasitələrin fəsadları barədə məlumatlandırılıblar.
Şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxışlarında narkomaniyanın cəmiyyətə, insan sağlamlığına zərərlərindən danışıb, ölkəmizdə bu bəlaya qarşı aparılan mübarizədən, qəbul edilən dövlət proqramlarından söz açıb.
Daha sonra diskusiyya şəklində davam edən görüşlərdə məktəblilərin sualları cavablandırılıb və mövzu ilə əlaqəli videoçarx nümayiş olunub.
Stopnarkotik.az