Narkotik aludəçilərinin istifadəyə başlamasına təkan verən əsas kimi irəli sürdükləri başlıca səbəblərdən ön önəmlisi depressiyadır. Depressiyanın müalicəsində isə istifadə olunan maddələrdən biri ketamindir.
Stopnarkotik.az xəbər verir ki, "K-Hole" saytında ketamin və onun mikro dozalarla müalicəsinin nə üçün lazım olduğu haqda məqalə yayımlanıb.
Ketaminin aşağı dozaları və mikrodozalarla tətbiqi yaxınlarda ortaya çıxan psixi pozğunluqların müalicəsi üçün istifadə olunur. O, demək olar ki, son onillikdə "rebrendinqdən sağ çıxdı" və yalnız anesteziya üçün dərman kimi qəbul edilməyi dayandırdı.
Ketaminin populyarlığının yeni dalğası ABŞ-dakı ketamin klinikaları, eləcə də ketaminin depressiyanın müalicəsində ənənəvi dərmanlardan daha uğurlu göründüyünü deyən İlon Maskın son açıqlamalarından sonra baş verib. Tez-tez şənlik məclislərində istifadə olunsa da, bir çox istifadəçi, onun antidepressiv effektə və ya çox xoş təsirə malik olması ilə çətin razılaşarlar.
Bir çox həkimlər, halüsinasiyalar və qusmaların tez-tez müşahidə edildiyi ketaminin psixikaya faydalı təsir göstərə biləcəyinə hələ də təəccüblənirlər. Bəs məsələ nə yerdədir?
Əvvəlcə ketaminin nə olduğuna baxmaq lazımdır. Həkimlər arasında ketamin gizli şəkildə "farmakoloqun dəhşəti" adlanır, çünki o, bir çox fəaliyyət mexanizmlərini özündə birləşdirir.
Əsas xüsusiyyəti isə beyin sahələrinin işinin ayrılmasıdır, yəni ketamin eyni zamanda beynin bəzi sahələrini stimullaşdırır və digərlərini isə sıxışdırır. Ketamin, onurğa beyni ilə beyin arasında impulsların ötürülməsinə maneə törədən NMDA (qlutamat) reseptorlarının antaqonistidir.
Nəticədə həssaslıq pozulur - buna görə də, məsələn, insan ağrı hiss etmir (analjeziya), eyni zamanda emosiyalar, hisslər və yaddaşdan məsul olan limbik sistem aktivdir.
Dissosiasiya və onun dozasından asılı rekreasiya effektləri bununla izah olunur. Məsələn, ölümlə ərəfəsində yaşananlar və halüsinasiyalar ketamin və psixikodeliklərlə oxşardır.
Bəs burada depressiya haradadır? Çox yaxındadır. Birincisi, yeni sinir əlaqələri sayəsində yaddaşın qavranılması prosesi, travmatik təcrübələr və intihar düşüncələri dəyişir, həm də stressin təsiri azalır. Ketaminin bir qəbulundan sonra antidepresan təsir bəzi ADP-lərdən daha sürətli və hətta daha güclü, lakin qısamüddətli olur.
Məqalədə yazıldığı kimi, ketaminin əsas təsiri şüuru bir sabit ruh halından yeni perspektivə "keçirmək" qabiliyyətidir. Yeri gəlmişkən, bu, asılılıqlara da aiddir. İkincisi, ketamin motivasiya və emosiyaları tənzimləyən, çatışmadığı zaman depressiyaya səbəb olan dofamini istehsal edir.
Ketaminin 0,05 - 0,7 mq/kq diapazonu ən münasib doza hesab olunur. Sonuncu doza klinikalarda, adətən inyeksiya, dilaltı və ya oral (kiçik dozalarda) istifadə olunur. 0,05-0,1 mq/kq dozalar daha çox burundaxili istifadə sevənlər tərəfindən seçilir (mikrodozlar).
Bu miqdarda faydalı xüsusiyyətlər itmir, xoşagəlməz hisslər (dissosiasiya) və yan təsirlər baş vermir. Bununla belə, psixotik pozğunluqlar və ya intoksikasiya kimi minimal risklər hələ də qalır.
Ketamin xroniki ağrıları olan insanlar üçün də yaxşı ağrıkəsicidir. 2019-cu ildə FDA (ABŞ) ağır depressiyanın müalicəsi üçün esketamin burun spreyini təsdiqlədi və ketamin klinikaları ölkə daxilində sürətlə açılır. Onların bəziləri artıq müflis olmağı bacarıb.
Bunun isə əsas səbəbi müalicənin həddən artıq baha olmasıdır (bir seans üçün 1-3 min dollar), bu da insanları özbaşına terapiya aparmağa sövq edirdi.
Stopnarkotik.az