Gürcüstan Daxili İşlər Nazirliyi narkotiklərlə bağlı cinayətlərə qarşı mübarizə aparmaq üçün itlərdən istifadə edəcək.
Stopnarkotik.az xəbər verir ki, nazirliyk 15 it almağı planlaşdırır, onlardan 5-i insan qoxularını, 10-u isə narkotik maddələrin aşkarlanması üçün təlim keçəcək. Onlar həmçinin qəfəslər, su qabları, toplar, qayışlar və müxtəlif avadanlıqlarla təmin olunacaqlar. Bütün bunlar 241.000 avroya başa gələcək.
"Son qlobal hadisələrlə əlaqədar Daxili İşlər Nazirliyi yeni problemlərlə üzləşib. Bunlardan başlıcası narkotik vasitələrin Gürcüstana daxil olması və ölkə daxilində yayılmasıdır", deyə nazirliyin satınalma sənədlərində qeyd olunur.
Stopnarkotik.az