Antalyada dəhşətli qəza - Sərnişin avtobusu uçuruma yuvarlandı / Yaralılar var

Antalyanın Qazipaşa rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əldə edilən məlumata görə, qəza zamanı sərnişin avtobusu yol kənarındakı uçuruma yuvarlanıb.

Hadisə nəticəsində 10-u ağır olmaqla, 28 nəfər yaralanıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. 25 metrdən yuvarlanan sərnişin avtobusu ağaca çırpılaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.