Ötən gün Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
"TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin "Rojger" ləqəbli PKK üzvü Ali Örek olduğu üzə çıxıb.
Heç bir terror aktı bizi yolumuzdan döndərə, sevimli millətimizin əzmini sındıra bilməz!" - deyə o qeyd edib.
Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.