Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.
Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 15:20 radələrində baş verib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X"hesabında etdiyi paylaşımda, terrorun baş verdiyini, ölən və yaralananların olduğunu bildirib.