Ankara və İzmirdə etiraz aksiyalarına qoyulan qadağanın müddəti uzadıldı

Ankara və İzmirdə nümayiş, mətbuata açıqlama və aksiyalara qoyulan qadağanın müddəti uzadılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ankarada qadağa aprelin 1-dək, İzmirdə isə martın 29-dək uzadılıb.

Qeyd edək ki, Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı etiraz aksiyaları keçirilir. Martın 21-dən Ankara və İzmirdə aksiyaların keçirilməsinə 5 günlük qadağa tətbiq olunmuşdu.