Anasını öldürmək istəyən oğul hökmdən narazıdır

Şabran rayonunda anasını öldürməyə cəhddə təqsirli bilinən Asim Xudaverdiyev məhkəməyə apellyasiya şikayəti verib.

Onun şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən məhəkəm prosesində araşdırılır.

İş üzrə növbəti məhkəmə baxış iclası sentyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir./ölkə.az