Anar Məmmədlinin həbs müddəti artırıldı

Məhkımə Anar Məmmədlini həbs müddətini uzadıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsdə saxlanılması müddətinin uzadılması ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən verilən təqdimat və vəsatətə Xətai rayon Məhkəməsində baxılıb.

Təqdimat və vəsatət təmin edilərək həbsdə saxlama müddəti daha üç ay müddətinə uzadılıb.

Müdafiə tərəfinin ev dustaqılığı seçilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Qeyd eək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.