ANAMA-nın əməkdaşları qəzaya düşdü - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində səhər saatlarında yol nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, səhər saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.

Belə ki, xəsarət alan 3 qardaşların biri 1996-cı il təvəllüdlü Elvin Həşimov xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alan şəxslərin ANAMA əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.