Ana övladı ilə 16-cı mərtəbədən yıxıldı, uşaq sağ qaldı

Ukraynanın Odessa vilayətində qadın kiçik uşaqla 16-cı mərtəbənin pəncərəsindən yıxılıb.

Stopnarkotik.az yerli mediaya istinadla bildirir ki, ana yerindəcə keçinib, 5 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.