Ana ağlayan uşağına çoxlu narkotik vurub öldürdü

Rusiyanın Çelyabinsk vilayətində 2 yaşlı uşaq həddindən artıq narkotikdən ölüb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, ana uşağa ağlamamaq üçün sakitləşdirici maddələr vurub.

31 yaşlı Yekaterina Korotkova 2 yaşlı oğlu Lyoşanın öldüyü barədə yanvarın sonunda sosial şəbəkə paylaşım edib.

Bu gün yerli İstintaq Komitəsi bildirib ki, oğlan həddindən artıq dozada narkotik qəbul etdiyi üçün ölüb.

Belə ki, anası uşaq səs-küy salmasın, ağlamasın deyə ona sistemli şəkildə külli miqdarda qarışıq maddələr verib.