Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınları ilə mübarizədə - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən Stopnarkotik.az-a verilən məlumata görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.