Amerikanın hərbi nəqliyyat təyyarəsi zirehli texnika yükü ilə İsrailin Ben Qurion hava limanına enib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi bildirib.
Bildirilib ki, təyyarə oktyabrın 7-də başlayan döyüşlər zamanı zədələnmiş avtomobilləri əvəz etmək üçün İsrail hərbçiləri üçün yeni texnikalar aparıb.
Növbəti tədarüklərə zirehli təcili yardım maşınları, yük maşınları və mühəndis avadanlıqları da daxildir.