Roman Abramoviçdən "Çelsi" Futbol Klubunu almaqla tanınan amerikalı investor Todd Beyli "Lukoil"in beynəlxalq aktivlərində maraqlı olduğunu bildirib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumatda bildirilir ki, Beyli potensial müqavilə üçün adı açıqlanmayan BƏƏ investoru ilə konsorsium yaradıb.
Onların maraqlarını 2018-ci ildə "VTB Capital"ın ABŞ bölməsinin keçmiş menecerləri tərəfindən yaradılmış "Xtellus Partners" şirkəti təmsil edir. Şirkət VTB-dən alınan qurum üzərindən fəaliyyət göstərir.
Şirkətin beynəlxalq biznesini idarə edən "Lukoil"in Avstriyadakı törəmə şirkəti qrupun xarici aktivlərini 22 milyard dollar dəyərində qiymətləndirib.
Portfelə Avropadakı neft emalı zavodları, İraq və Mərkəzi Asiyadakı yataqlar və ABŞ-da yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.
"Lukoyl" xarici aktivlərini satmaq planlarını oktyabr ayında Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya təzyiq çərçivəsində ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra açıqlayıb.