Qəzza zolağında atəşkəs razılaşmalarına riayət olunmasına nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün ABŞ-nin göndərdiyi hərbçilər artıq İsrailə çatıb.
Stopnarkotik.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Atəşkəsə nəzarətlə bağlı tədbirlər çərçivəsində ABŞ hökuməti Yaxın Şərqə ümumilikdə 200 hərbçidən ibarət kontingent göndərəcəyini bəyan edib. Onların Qəzza zolağından kənarda qərarlaşacağı bildirilir.
Əlaqələndirmə mərkəzinin fəaliyyətində iştirak edəcək hərbçilər nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təminatı və mühəndislik sahələri üzrə ixtisaslaşıblar.
Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.