Amerikadakı konsulluğumuzun önündə erməni təxribatı

Amerikada yaşayan ermənilər Azərbaycana qarşı təxribata əl atıb. 

Stopnarkotik.az xəbər verir ki, bir qrup erməni Azərbaycanın ABŞ-dakı konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndirirlər. Nümayişçilər konsulluğumuzun önündə qondarma "Artsax" bayrağını qaldırıblar.  

Onlar Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar.

Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə sərbəst keçidi üçün şərait yaradılması bunu bir daha sübut edir.