“The American Journal of Drug and Alcohol Abuse”: Opioid asılılığı kannabislə müalicə edilə bilən xəstəlik deyil

Kannabis başqa sözlə çətənə ağrı kəsici kimi tanınır. Onun opioid istifadəsi ilə bağlı xəstəlikləri müalicə etməyə kömək edə biləcəyinə dair ehtimallar var. Baxmayaraq ki, 2024-cü ilin yanvarında “The American Journal of Drug and Alcohol Abuse” jurnalında dərc olunmuş araşdırmaya görə, opioid asılılığı kannabislə müalicə edilə bilən xəstəlik deyil.

Tədqiqatçılar qeyd edirlər ki, kannabisin ağrıları və “lomka”nı azaltmağa kömək edib-etməməsi yaxud əksinə narkotik istifadəsinə geri qayıtma ehtimalını artırması ilə bağlı məlumatlar ziddiyyətlidir. Tədqiqat nəticələri kannabisin narkotik istifadəsindən yaranan xəstəliklərdən müalicə alan insanlarda narkotik aludəçiliyini artırdığı ehtimallarını dəstəkləmir. Eyni zamanda, əldə edilən məlumatlar marixuanadan istifadənin narkotikdən sui-istifadəni azaltmağa köməyini göstərmir.

Stopnarkotik.az xəbər verir ki, tədqiqat opioid istifadəsindən yaranan xəstəlikdən müalicə olunan minlərlə insanın təcrübələrinə baxıb. Yekun hökm belə olub ki, kannabis "insanların narkotikdən qeyri-tibbi məqsədli istifadəsinə əhəmiyyətli təsir göstərmir".

Opioidlər - faktlar

Opioidlər təsirli ağrı kəsicilərdir, lakin güclü asılılıq yarada bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) fikrincə, oksikodon (Oxycontin), hidrokodon (Vicodin), morfin və metadon kimi reseptlə satılan dərmanlar etibarlı opioidlər hesab olunur. Eyni şey heroinə və sintetik narkotik fentanilə də aiddir - ABŞ-da onlar tibbdə istifadə olunur.

Birləşmiş Ştatlar hazırda “opioid krizisi” deyilən böhranın ağuşundadır. Morfin və ya diasetilmorfindən (heroindən) 50-100 dəfə güclü olan fentanil hüquq-mühafizə orqanlarının, tibb mütəxəssislərinin və səlahiyyətlilərin diqqət mərkəzindədir. Həkimlər çox irəliləmiş xərçəng xəstələrinə fentanil təyin edirlər. Fentanili həmçinin qeyri-qanuni istehsal edirlər və digər narkotiklərlə qarışdırırlar.

“CDCT Trusted Source”un məlumatlarına görə, opioidlər 2021-ci ildə ABŞ-da 80,411 doza həddini aşmadan qaynaqlanan ölümə səbəb olub ki, bu da bütün həddən artıq dozadan ölüm hallarının 75%-ni təşkil edir.

Tədqiqatda Braziliyanın “Ribeirao Preto Universiteti”nin alimləri iştirak ediblər.

Komandanın məqsədi insanları opioidlərdən uzaqlaşdırmaqda çətənənin istifadə oluna biləcəyinə dair inancın doğruluğunu öyrənmək idi. Hal-hazırda, tibbi və istirahət üçün çətənə istifadəsi ABŞ-ın əksər ştatlarında qanunidir. Tədqiqatçılar, Amerikada hər gün ən azı 120 insanın opioidlər də daxil olmaqla, həddindən artıq dozada narkotiklərdən öldüyünə və "opioid böhranının" cəmiyyətə ildə 1 trilyon dollardan çox astronomik zərər verdiyinə diqqət çəkirlər.

Tibbi çətənəyə lisenziyanın verilməsinin ən populyar səbəbi ağrı olsa da, getdikcə daha çox ştatda bu lisenziyanın verilmə səbəbi kimi "opioidin alternativi" və ya "opioid asılılığının müalicəsi" kimi səbəblər irəli sürülür.

Tədqiqat müəllifləri həmçinin bildiriblər ki, çətənənin leqallaşdırılması onun zərərli ola biləcəyi anlayışını zəiflədib. Onlar əlavə edirlər ki, çətənə opioid istifadəsindən yaranan xəstəliklərin müalicəsinə kömək edir və ya mane olur, məlum deyil. Çətənənin ağrıları və “lomka”nı azaltmağa kömək edib-etmədiyinə və ya kiminsə opioidlərdən sui-istifadə etməsini artırdığına dair ziddiyyətli sübutlar var.

“Ribeirao Preto Universiteti”nin tədqiqatçısı Qabriel Kosta deyir: “Kannabis və opioidlərin qarşılıqlı əlaqəsini öyrənmək çox vacibdir. Biz tibb işçilərinə dəlil-sübuta əsaslanan asılılığın müalicəsini təmin etmək, həddindən artıq dozada ölümlərin qarşısını almaq və həyatları xilas etmək imkanı vermək istəyiriksə, çətənə və opioidlərin necə qarşılıqlı əlaqədə olduğunu başa düşmək çox vacibdir”.

Tədqiqat nəticələri

Komanda 8367 nəfərin iştirak etdiyi tədqiqatın nəticələrini birləşdirərək sistematik meta-analizini aparıb. Bu insanlar opioid istifadəsindən yaranan xəstəliklərin müalicəsində buprenorfin, metadon və ya naltrekson qəbul edirdilər. Şəxslərin orta hesabla 10 ay ərzində qeyri-tibbi opioid istifadəsi, təyin olunduğundan daha çox narkotik qəbul etməsi və narkoriklərin reseptsiz istifadəsi izlənilib.

Tədqiqat müəllifləri həmçinin çətənə istifadə edən və istifadə etməyən insanların opioid istifadəsini müqayisə ediblər. Nəticədə, tədqiqatçılar nəticələrin çətənə istifadəsi ilə qeyri-tibbi opioid istifadəsi nisbətləri arasında heç bir əlaqə görmədiyini bildirdi.

"Ümumiyyətlə, opioid istifadəsindən yaranan xəstəliklərin müalicəsində farmakoterapiya alan xəstələr arasında çətənə istifadəsi ilə qeyri-tibbi opioid istifadəsi arasında heç bir mühüm əlaqə tapmadıq", deyə Kosta bildirir.

"Bizim tapıntılarımız çətənənin opioid istifadəsindən yaranan xəstəliklərindən müalicə alan insanlarda qeyri-tibbi opioid istifadəsini artıra biləcəyi ilə bağlı ehtimalları dəstəkləmir. Eyni zamanda, opioidlərin qeyri-tibbi istifadəsini azaltmaq üçün çətənənin effektivliyini dəstəkləmirlər. Tədqiqatın nəticələri "xəstələri çətənədən imtina etməyə məcbur etmək praktikasının səmərəsizliyini, onun lomka və opioid istifadəsinin törətdiyi xəstəlik üçün həyat qurtaran dərmana çevrildiyini" sual altına alır.

“Məlumatlarımız göstərir ki, səhiyyə sistemləri bunun əvəzinə hər bir xəstənin vəziyyətini nəzərə alan fərdi müalicə yolundan istifadə etməlidir. Bu yol çətənənin neqativ istifadəsinin insanın rifahına və normal iş qabiliyyətinə təsir etdiyi, ağrıların aradan qaldırılması ilə bağlı problemlərin həlli və depressiya kimi birlikdə baş verən psixi xəstəliklərin müalicəsi zamanı çətənə istifadəsindən xəstəlik yaranma ehtimalını əhatə etməlidir", deyə mütəxəssis qeyd edir.

Mütəxəssislərin tədqiqata reaksiyası

İxtisaslaşmış ekspert icmasının araşdırmaya reaksiyası birmənalı deyil. Məsələn, “Saint John's Physician Partners” xəstəxanasının Təcili Yardım Mərkəzinin həkimi və Kaliforniyadakı “Saint John's” Xərçəng İnstitutunun köməkçi professoru, çətənə üzrə mütəxəssis Dr. Sherri Yafai “Medical News Today”ə bildirib ki, tədqiqatda etibarlı nəticələr çıxarmaq üçün nəzarət yoxdur. Tədqiqatçılar marixuananın dozasını, növünü, istifadə üsulunu və THC-nin aktiv səviyyəsini nəzərə almadılar. Yafai deyir ki, "Bu tədqiqat kontekstində həkimlər tibbi sıfır tibbi təhsili olan (yalnız orta təhsil) olan "köməkçilərə" etibar etdilər".

O, həmçinin qeyd edir ki, istifadəçilər arasında fərqlər çox əhəmiyyətli ola bilər: bir nəfər gündə 30 dəfə çətənə əsaslı kremdən istifadə edə bilər, digəri isə yalnız arabir istifadə edə bilər.

"Digər narkotik vasitələrin - opiatların, benzodiazepinlərin və ya yuxu həblərinin ləğvində kömək kimi çətənə istifadəsinin xarakterini dəqiq qeyd etmək üçün həkim xəstələri məsuliyyətlə araşdırmalı, nəzarət etməli və müalicə etməlidir. Asılı xəstələrin özbaşına və ya xeyirxahların köməyi ilə özünü çətənə ilə müalicə edə biləcəyi fikri tamamilə yanlışdır”, Yafai deyir.

Yafai tədqiqatçıların gəldiyi bir nəticə ilə razılaşır ki, insanlar opioid asılılığını dayandırmaq üçün çətənədən özbaşına effektiv istifadə edə bilməyəcəklər.

Bostonda yaşayan ailə həkimi və çətənə təbliğatçısı Dr. Benjamin Kaplan isə deyir ki, "Opioidlərdən müntəzəm istifadə edən hər on xəstədən doqquzu çətənənin onların müalicə rejiminə əlavə edildiyi zaman digər narkotiklərdən asılılıqlarının əhəmiyyətli dərəcədə azaldığını bildirdi".

“Bu, təsadüf deyil, qanunauyğunluqdur. Bu, həm əməliyyatdan sonra, həm kəskin ağrı zamanı qısamüddətli opioidlər təyin edilmiş xəstələrdə, həm də xroniki ağrıları aradan qaldırmaq üçün uzunmüddətli opioid qəbulunda olan xəstələrdə müşahidə olunan ardıcıl tendensiyadır”, deyə Kaplan bildirir.

Kaplanın fikrincə, çətənə qəbul edən insanlar opioid asılılığından daha yumşaq və idarəolunan rahatlıq yaşayırlar. Çətənə sayəsində müalicə prosesində daha aydın rahatlıq hissi var.

Alim izah edir: “Bu fenomen qismən bəzi kannabinoidlər və opioidlərin hədəf aldığı beyindəki myu-opiat reseptorları arasında təəccüblü qarşılıqlı təsir ilə izah edilə bilər. THC, CBN və Delta-8 THC kimi birləşmələr bu reseptorlara bağlanır, lakin opioidlərdən fərqli olaraq, onların qarşılıqlı təsiri daha qısa ömürlüdür və o qədər də güclü deyil”.

Kaplanın sözlərinə görə, "xatırlamaq çox vacibdir ki, bu korrelyasiya səbəb-nəticə əlaqəsi deyil- elmi ictimaiyyətdə yayılmış yanlış fikirdir. Məsələn, xoruz banlaması günəşin doğmasına səbəb olmur, lakin elm bu hadisələr arasında sıx əlaqəni ortaya qoyur”, deyə alim izah edir.

Stopnarkotik.az