Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.
Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 5-də saat 12 radələrində H.Cavid prospekti, 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.
Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.
Onun infarktdan öldüyü qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.