Almaniya kansleri: “Ukraynadakı müharibənin sonu görünmür”

"Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə aparır və bu müharibənin sonu görünmür”.

Stopnarkotik.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransanın baş naziri Qabriel Attalla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir:

“Bu yaxınlarda Avropa Şurasının yaxın bir neçə il ərzində Ukraynanın büdcəsinə dəstək üçün qanun layihəsini təsdiqləməsi yaxşı əlamətdir. Həm də yaxşı haldır ki, biz Ukraynaya Avropa dəstəyimizi necə artıra biləcəyimizi düşünməyə başlamışıq”.

O vurğulayıb ki, Ukraynaya yardım lazım olduğu müddətcə davam edəcək: “Mən həqiqətən ümid edirəm ki, ABŞ və Konqres tezliklə lazımi dəstəyi maliyyə baxımından mümkün etmək qərarına gələcək”