Şəmkir rayonun sabiq icra başçısı Alimpaşa Məmmədov iki əmlakı üzərindən həbs qərarı götürülüb.
Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.
A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmşdov 11 il 6 azadlıqdan məhrum edilib.
Sabiq icra başçısı korrupsiyaya cinayətlərində ittiham edilib./teleqraf.com