Ailəsi ilə istirahətə gedən Gəncə sakini Mingəçevir su anbarında boğuldu

Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.

Məlumata görə, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

**19:28

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Stopnarkotik.az report-a istinadən xəbər ki, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.

Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.