Ağsuda yeniyetmə dəm qazından BOĞULARAQ ÖLDÜ

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində qeydə alınıb. Rayon sakini, 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.