Ağsuda vətəndaşlar qanunsuz saxladıqları 11 ov tüfəngini polisə təhvil verdilər

Ağsu sakinləri polisə 11 tüfəng təhvil veriblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.