Ağsuda metamfetamin satan keçmiş məhkum ələ keçdi - VİDEO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 30 yaşlı İsmayıl Bilalov saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb. Məhkəmənin qərarı ilə İ.Bilalov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.