Ağsuda 9 tüfəng könüllü şəkildə polisə təhvil verilib - FOTO

Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 9 ov tüfəngini könüllü polisə təhvil veriblər.

Stopnarkotik.az