Ağstafa Rayon Polis Şöbəsinə rayonun Eynallı kəndi ərazisindəki qəbiristanlığın yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 5 ədəd müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.