Ağstafada qadın dəm qazından zəhərlənib

Ağstafa sakini dəm qazından zəhərlənib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Ağstafa şəhərində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, rayon sakini 1997-ci il təvəllüdlü Sevinc Şəhriyarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. 27 yaşlı qadının yaxınlarının sözlərinə görə, S.Şəhriyarova yaşadığı evin vanna otağında dəm qazında zəhərlənib.