Ağdərədə yanğın törədən şəxs saxlanıldı

Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.

Faktla bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.