Ağdərədə 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Ağdərədə dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə cinayət işi başlanıb.

Stopnarkotik.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, noyabrın 30-da Ağdərədə avtomobilin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.