Ağdaş rayonunun Əmirarx kəndi ərazisində əxlaqsızlıq yuvası yaradan 75 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.
Bir müddət əvvəl polisə həmin kənddə yerləşən “Karvan” kafesində mütəmadi olaraq əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Kafedə aparılan əməliyyat tədbiri zamanı məlumatlar təsdiqini tapıb və kafeni işlədən 1948-ci il təvəllüdlü Əmir Həsənovun (ad-soyad şərtidir) pul qarşılığında kafedə əxlaqslıqla məşğul olan qadın və kişilərin görüşünü təşkil etməsi müəyyən edilib.
Bildirilib ki, kafedə xeyli şəxsin müxtəlif vaxtlarda görüşlərinin keçirilməsi və Ə.Həsənova ödəniş etməsi üzə çıxıb.
Onun barəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə iş açılıb. Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. Məhkəmədə 75 yaşlı kişinin 2018-ci ildə də əxlaqsızlıq yuvası təşkil etməyə görə, məhkum edilməsi, lakin həmin vaxt həbs edilməməsi qeyd edilib. Bunu nəzərə alan məhkmə bu dəfə Ə.Həsənova daha ağır cəza kəsib. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb və məhkəmənin müvafiq hökmü ilə 74 yaşlı kişi 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib./publika.az