Ağdaşda "Mercedes" qatarla toqquşdu - Xəsarət alanlar var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə mayın 28-də gecə saatlarında rayonun Ləki qəsəbəsi ərazisində dəmiryolu keçidində qeydə alınıb.

Dəmir yolu keçidindən keçmək istəyən "Mercedes" markalı avtomobil qatarla toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sürücü, 1994-cü il təvəllüdlü Emil Lətifov, sərnişinlər - 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov xəsarət alıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.