Şəki Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Röyal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
İttihama görə, hadisə 2023-cü il noyabrın 8-də baş verib. Röyal Fazil oğlu Həsənov Ağdaş rayonu ərazisində idarə etdiyi avtomobillə qarşı hərəkət zolağında hərəkət edən VAZ-2104 avtomobilinin qarşısına çıxaraq toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü Nəriman Umarov və sərnişini Yunis Əzizov həlak olublar, digər sərnişin Cavad Daşdıyev isə ağır bədən xəsarətləri alıb./oxu.az