Ağdaşda FACİƏ: iki yaşlı uşaq öldü

Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.