AĞDAŞDA DƏHŞƏTLİ QƏZA - bacı-qardaş xəsarət aldı

Ağdaşda yol qəzası baş verib, bacı-qardaş ağır xəsarət alıb.

Hadisə Şəmsabad kəndi yaxınlığında baş verib. Qəza zamanı ağır bədən xəsarətləri alan bir ailənin iki üzvü - 1973-cü il təvəllüdlü Məmmədova Mətanət Söhrab qızı və qardaşı 1967-ci il təvəllüdlü Məmmədov Vidadi Söhrab oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.