Ağdaşda 43 yaşlı qadın əməliyyatdan sonra öldü - TƏBİB-dən AÇIQLAMA / YENİLƏNİB

Ağdaşda əməliyyatdan iki gün sonra vəfat edən qadının ölüm səbəbi açıqlanıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, fevralın 17-də 1982-ci il təvəllüdlü qadın Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.

Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.

Fevralın 19-da isə pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, həmin gün saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.

***09:56

Ağdaşda cərrahi əməliyyat keçirmiş qadın vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini 1982-ci il təvəllüdlü Şəlalə Bilalova fevralın 17-də cərrahi əməliyyat keçirib.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan qadın fevralın 19-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.