Ağdamda 14 nəfər cəzalandırıldı - FOTOLAR

Ağdamda nəzarət-profilaktiki tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Qərvənd kəndində məişət tullantılarının qalaqlanması halı aşkarlanıb və həmin ərazinin təmizlənilməsi təmin olunub.

Eyni zamanda, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 14 nəfər barəsində protokol tərtib edilib.

Həmçinin, görülən tədbirlər zamanı vətəndaşlardan iki ədəd ov silahı götürülüb.