Ağdam rayonunda yeniyetmə qız itkin düşüb.
Stopnarkotik.az xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini A.Nərimanova polisə müraciət edərək 2011-ci il təvəllüdlü qızının itkin düşdüyünü bildirib.
O qeyd edib ki, övladı mayın 30-da birgə yaşadıqları evi tərk edib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.