Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: keçmiş məhkum 3-cü mərtəbədən yıxılıb öldü

Bakıda faciəli hadisə baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. 

Orada müalicə alan, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.