Ağcabədidə yanacaqdoldurma məntəqəsi yandı - VİDEO

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.